Hesablama Palatasının hesabatı Milli Məclisdə qəbul olundu

img

15-04-2011 [04:08]


Bu gün Milli Məclisin növbəti plenar iclasında Hesablama Palatasının hesabatı dinlənilib. Hesabatı palatanın sədri Heydər Əsədov verib. H.Əsədov Hesablama Palatasının 2010-cu ilin iş planına uyğun olaraq ayrı-ayrı dövlət qurumlarında apardığı audit yoxlamalar və onların nəticələri barədə danışıb. Hesbatın müzakirəsi zamanı Hesablama Palatasının fəaliyyəti ayrı-ayrı deputatlar tərəfindən tənqid olunub. Amma yekunda parlament Hesablama Palatasının hesabatını qəbul edib. Deputatlar hesabatın lehinə 97, əleyhinə 3 səs veriblər, 1 nəfərin səsi bitərəf olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA