Şəmsəddin Hacıyev: ?təhsil müəssisəsində siyasi fəaliyyət və siyasi aksiyalar qadağandır?

img

14-04-2011 [01:52]


Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev AzadlıqRadiosuna deyib ki, mitinqlərdə iştirak etdiyi üçün hansısa tələbənin təhsil müəssisəsindən qovulmasına inanmır. Bununla belə, o, əlavə edib ki, tələbə dərs vaxtı icazəsiz aksiyada iştirak edirsə, onun təhsil müəssisəsindən xaric edilməsi təbiidir: ?Təhsil haqqında qanunda yazılıb ki, tələbə yalnız dərsləri ilə məşğul olmalıdır. Orda bir neçə bənddə göstərilir ki, təhsil müəssisəsində siyasi fəaliyyət və siyasi aksiyalar qadağandır. Amma mən inana bilmirəm ki, tələbələr təhsil müəssisəsindən xaric edilsin?. Ş. Hacıyev deyir ki, Azərbaycandakı tələbələrin 99 faizi indiki mitinqləri dəstəkləmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA