Aprelin 17-də "Sahil" bağında

img

12-04-2011 [06:04]


Bu gün İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib. İclasa sədrliyi Müsavat Partiyasının başqanı İsa Qəmbər edib. Koordinasiya Şurasının üzvü Mehriban Vəzirin verdiyi məlumata görə, iclasda 17 aprel mitinqinə hazırlıq əsas müzakirə mövzusu olub. Belə qərara gəlinib ki, hakimiyyət İctimai Palatanın mitinq müraciətinə mənfi cavab verəcəyi halda sanksiyalaşdırılmamış aksiya Fəvvarələr meydanında deyil, Sahil metrostansiyasının yanındakı ?Sahil? bağında keçirilsin. M.Vəzirin sözlərinə görə, Fəvvarələr meydanının ətrafında çoxlu sayda ticarət, iaşə müəssisələri var ki, hakimiyyət orada aksiyanın olmasından istifadə edib təxribatçıları vasitəsilə həmin obyektlərin şüşələrinin sındırılmasına nail olurlar. Sonra da bu təxribatı mitinqçilərin üzərinə atırlar. İctimai Palatanın Koordinasiya Şurası insanların əhaliyə ziyan vurulmasına istəmir. Qərara alındı ki, hakimiyyət istədiyimiz meydanı verməyəcəyi halda aksiya ?Sahil? bağında keçirilsin. M.Vəzir Koordinasiya Şurası tələbələrə təhsil aldıqları ali məktəblərdə basqılar edilməsini, siyasi mövqeyinə görə tələbələrin ali məktəblərdən qovulması faktlarını müzakirə edib. İctimai Palata bu vəziyyətlə bağlı beynəlxalq təşkilatlarla danışıqlara başlayayıb: ?Siyasi mövqeyinə görə ali məktəblərdən qovulan tələbələrin, xüsusilə də Tural Abbaslının və Cavid Mehrəliyevin təhsilini Avropada davam etdirməsi ilə bağlı danışıqlar gedir?. İclasda həmçinin 2 aprel mitinqində təxribat həyata keçirən şəxslərin hərəkətlərini sübuta yetirən dəlillərin Respublika prokurorluğuna təqdim olunması qərara alınıb. İctimai Palatanın diaspora ilə əlaqələrinin qurulması qərarı verilib və bunun üçün Arzu Səmədbəylinin rəhbərliyi ilə işçi qrupu yaradılıb. Koordinasiya Şurasının növbəti toplantısının mitinqdən iki gün əvvəl-aprelin 15-də keçirilməsi və saat 3-də mətbuat üçün brifinq keçirilməsi qərarı da verilib. İclasda İctimai Palatanın regionlarda təşkilatlanması məsələsi də müzakirə edilib: ?Regionlarda icra strukturları təşkilatlanmağa çox ciddi əngəllər törədirlər. Xüsusilə də Gəncədə icra başçısı İctimai Palatanın bu şəhərdə təşkilatlanmasına imkan verməyəcəyini bəyan edib. Koordinasiya Şurası bu kimi qanunsuzluqlarla bağlı bəyanat hazırlayıb?. KŞ ?Azadlıq? qəzetinin əməkdaşlarına qarşı təzyiqləri də pisləyib və bəyanat qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA