Naxçıvanda ümidçilər aclıq aksiyasına bazladı

img

12-04-2011 [01:43]


center] Ümid Partiyasının Naxçıvan təşkilatının sədri Faiq Əliyev və RATİ-nin Naxçıvan üzrə müxbiri Həkimeldostu Mehdiyev aclıq aksiyasına başlayıb. MİA-nın xəbərinə görə, aclıq aksiyası keçirənlər Naxçıvanda insan haqlarının, mülkiyyət hüquqlarının pozulmasına etiraz edirlər. Bundan başqa, onlar 2 aprel mitinqində həbs edilənlərin buraxılmasını, ölkədə sərbəst toplaşma azadlığının bərpa olunmasını tələb edirlər. Aclıq aksiyası keçirənlərin həkim nəzarətinə götürülməsi üçün Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə müraciət ediblər, lakin nazirlik heç bir cavab verməyib. Ümid Partiyası olaraq Naxçıvanda keçirilən aksiya iştrakçılarının tələblərinə müsbət cavab verilməsini və onların sağlıq durumlarının müvafiq instansiyalar tərəfindən diqqətdə saxlanılmasının tələb edirik. Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə və partiya yetkililəri F.Əliyevlə əlaqə saxlamış, onun sağlıq durumundan narahat olduqlarını və onların tələblərini müdafiə etdiklərini bildiriblər. Partiyanın Rəyasət Heyəti Faiq Əliyevdən aclığı dayandırmasını israrla xahiş edir və mübarizəni başqa vasitələrlə davam etdirməyi tövsiyə edir. Ümid Partiyası sona qədər sizinlə olduğunu bildirir, Sizin sağlamlığınızın önəmli olduğunu qeyd etməklə, Sizlərə xüsusi dəyər verdiyini ifadə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA