Gənclər təzkilatları birgə bəyanat yaydılar

img

12-04-2011 [12:50]


Azərbaycanın bir sıra müxalifətyönlü gənclər təşkilatları bu gün birgə bəyanatla çıxış ediblər. Təşkilatların yaydığı bəyanatda bildirilir ki, son aksiyalar zamanı insanların konstitusiya hüquqlarından istifadə edərək hakimiyyətin siyasətinə narazılıq və islahatlar tələb etməsi zamanı polislərin aksiyaçılara qarşı qanunsuz və zorakılığa yol verilməsi tərəfimizdən qətiyyətlə pislənilir: ?Gənclər olaraq hakimiyyəti insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağı, aksiya zamanı polisin qanunsuz hərəkətlərinə rəvac verməməyi, dinc aksiyada iştirak edənlərə qarşı zorakılığa son qoymağı, insanların sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmamağa çağırırıq. Biz hakimiyyətdən 2 aprel mitinqində iştirakına görə həbs olunanların, o cümlədən Müsavat Gənclər Təşkilatı sədri Tural Abbaslı, müavini Əhəd Məmmədli, həmçinin öncədən həbs olunmuş AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının, müstəqil gənc Bəxtiyar Hacıyevin təcili və qeyri?şərtsiz azadlığa buraxılmasını, siyasi baxışlarına görə universitetlərdən qovulan gənclərin bərpasını tələb edirik. Ölkədə olan beynəlxalq təşkilatları və səfirlikləri Azərbaycan hakimiyyətinin beynəlxalq konvensiyaların şərtlərinə, Beynəlxalq İnsan Hüquqlarına və Avropa Şurasının qarşısında demokratiyanın inkişafı yolunda götürdüyü öhdəliklərə əməl etməkdə təsir etməyə çağırırıq?. Bəyanatı ADP Gənclər Təşkilatı, AXCP Gənclər Komitəsi, Müsavat Gənclər Təşkilatı, Ümid Paritası Gənclər Təşkilatı, VHP Gənclər Təşkilatı, Azad Gənclik Təşkilatı, Hədəf Gənclər Koalisiyası, Dalğa Gənclər Hərəkatı, VİP Gənclər Təşkilatı, ?10? Dekabr Gənclər Hərəkatı, Nida Vətəndaş Hərəkatı imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA