ümid Partiyasına problem yaradılıb

img

11-04-2011 [04:17]


Ümid Partiyasının Sumqayıt şəhər Təşkilatı konfrans keçirmək üçün şəhər icra hakimiyyətindən icazə ala bilmir. Partiyanın mətbuat xidmətindən MIA-a verilən xəbərə görə, Partiyanın Sumqayıt şəhər Təşkilatı konfrans keçirmək üçün 18 mart tarixində Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət evinin direktoruna müraciət edib. Lakin, adıçəkilən qurumdan bildirilib ki, bunun üçün Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən rəsmi surətdə icazə alınmalıdır. Təşkilat Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin konfrans keçirilməsi ilə bağlı 28 aprel tarixli müraciət məktubunu Sumqayıt şəhər İcra Hakimiyyətinə təqdim edib. İH-i 8 apreldə Partiyanın Sumqayıt şəhər Təşkilatına rəsmi cavab məktubu göndərib. 01?-li cavab məktubunda bildirilir ki, aprelin 10-da N.Nərimanov adına Mədəniyyət Evində konfrans keçirilməsinə etiraz olunmur. Ancaq Mədəniyyət Evinin direktoru N.Nərimanov adına Mədəniyyət Evində konfrans keçirilməsinə icazə verməyib. Bununla əlaqədar Ümid Partiyasının Sumqayıt şəhər Təşkilatının sədri Elşad Rzayev bildirib : ?Mən təşkilatın sədri olaraq N.Nərimanov adına Mədəniyyət Evinin direktoru ilə görüşüb İH-nin bizə ünvanladığı cavab məktubunu ona təqdim etdim. Lakin İH-nin məktubuna baxmayaraq Mədəniyyət Evinin direktoru sözü gedən ünvanda təmir işlərini bəhanə gətirərək konfransın keçirilməsini qeyri-mümkün olduğunu bildirdi. Biz şəhər təşkilatı olaraq sözü gedən ünvanda təmir işlərinin olub-olmaması ilə bağlı araşdırma apardıq. Nəticədə məlum oldu ki, N.Nərimanov adına Mədəniyyət Evində heç bir təmir işləri aparılmır. Sadəcə bu Sumqayıt şəhər İH ilə N.Nərimanov adına Mədəniyyət Evinin direktorunun razılaşdırılmış bir oyunudur. Biz Ümid Partiyası Sumqayıt şəhər Təşkilatı olaraq bu cür neqativ halların baş verməsini demokratiyaya zidd hərəkət kimi qiymətləndiririk?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA