ViP sədrinin yeni müavinləri təsdiq edilib

img

11-04-2011 [01:54]


Aprelin 10-da Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin toplantısı iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, təşkilati və cari məsələlər müzakirə olunub. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən xəbərə görə, VİP sədri Əli Əliyev ölkədə yaranmış ictimai-siyasi vəziyyətlə bağlı geniş məruzə edib. Daha sonra VİP Siyasi Şurası üzvlüyünə namizədlər irəli sürülüb və Mərkəzi Aparatın yeni tərkibi təqdim olunub. Gizli səsvermə nəticəsində Siyasi Şuranın yeni tərkibi seçilib və VİP sədrinin yeni müavinləri təsdiq edilib. Cari məsələlərin müzakirəsi zamanı VİP-in fəaliyyətinin gücləndirilməsi və strukturlarının genişləndirilməsi kimi mövzulara xüsusi diqqət yetirilib. Bu sırada VİP-in Qadınlar və Gənclər təşkilatlarının genişləndirilməsinin vacibliyi önə çəkilib. Müzakirələr zamanı partiyadaxili digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və VİP-in mövcud siyasi kursunu davam etdirməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA