YAP ümumrespublika müzavirəsi keçirib

img

09-04-2011 [07:30]


Aprelin 9-da Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov öncə hakimiyyətin yürütdüyü siyasət nəticəsində ölkədəki inkişafdan danınıb. Onun sözlərinə görə, hakimiyətin uğurları Azərbaycan vətəndaşlarında Yeni Azərbaycan Partiyasına inam və etimadı daha da gücləndirir: ?Ötən ilin noyabr ayında ölkəmizdə keçirilən parlament seçkilərinin nəticələri bu fikri bir daha təsdiqləyir. Hesab edirəm ki, bu yüksək nəticənin əldə olunmasında yuxarıda qeyd etdiyim səbəblə yanaşı, YAP üzvlərinin fədakarlığı, o cümlədən partiyamızın yerli strukturlarının səmərəli fəaliyyəti də vacib rol oynayıb. Biz ənənəvi olaraq bu cür müşavirələri keçirib görülən işlərə münasibət bildirir, eləcə də, qarşııda duran vəzifələri müzakirə edərək gələcək addımlarımızı müəyyən edirik?. Hazırda partiya üzvlərinin sayının 530 min nəfərdən çox olduğunu vurğulayan partiya yetkilisi qarşıdakı dövrdə də böyük tədbirlər, proqramlar, layihələr həyata keçiriləcəyin qeyd edib. Müşavirədə həmçinin, qarşıda duran vəzifələrə dair geniş fikir mübadiləsi aparılıb, partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyələr verilib. Tədbirdə YAP İcra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA