Vaqif Hacıbəyli: ?insanlara qarzı qanunsuz ittiham irəli sürülməsinin özü cinayətdir?

img

08-04-2011 [03:44]


İctimai Palata 2 aprel aksiyasında həbs olunanların hüquqlarını müdafiə etmək üçün komitə yaradıb. Komitə üzvü Vaqif Hacıbəyli qurum həbs olunanların qanun çərçivəsində müdafiəsini təşkil edəcəklər: ?Bu məsələlərə həm qiymət veriləcək, həm də müvafiq instansiyalara müraciət ediləcək. Hazırda bu yöndə vəkillər müstəqil işləsələr də, münasibətdəyik. Bu günə olan məlumata görə Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli Kürdəxanıda saxlanılırlar. Şahin Həsənliyə qarşı isə mitinqdən əvvəl guya cibində hərbi sursat tapıldığına görə cinayət işi qaldırılıb. Bundan başqa inzibati qaydada saxlanılanlar var?. V.Hacıbəyli bildirdi ki, onlar müdafiə tədbirlərində yeni üsullardan istifadə etməyə ehtiyac görmürlər: ?Əlimizdə faktlar olduğundan məsələlərə qanun çərçivəsində yanaşacağıq. Birinci fakt, aprelin 2-də paytaxtın mərkəzində iki tədbir keçirilib, biri AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında, ikincisi isə ?Fəvvarələr bağı?nda. Birincisində insanların şəxsiyyəti təhqir olunub, səsgücləndiricilərdən istifadə edərək insanların istirahətini pozurmuşlar, polis isə müdaxilə etməyib. İkinci aksiyada səsgücləndiricilərdən istifadə olunmayıb və dinc mitinqə cəhd göstərilib. Amma çoxsaylı və xüsusi silahlanmış polislər tərəfindən dinc mitinqin qarşısı kobud şəkildə alınıb. İkinci fakt, Arif Hacılının həbsini əks etdirən video görüntülər var, onu özlərini təqdim etməyən mülki geyimli şəxslər tuturlar, halbuki onlar polis deyil. Bu hadisə hələ mitinq başlamazdan əvvəl ?MakDonalts? yaxınlığında olub. O cümlədən Tofiq Yaqublu həbs edilərkən kobudluqla rastlaşıb, ancaq onu saxlayanlara ?mən gedirəm? desə də, əhəmiyyət verməyib qollarını burublar. Ona Nəsimi Rayon Polis İdarəsində işgəncə də verilib. Yaxud Həsən Kərimova qarşı hərəkəti hansı qanunla izah edəcəklər? Bu sözləri Tural Abbaslı haqqında demək olar. Çünki bu adamlar mitinqdən əvvəl həbs edilib. Mitinqdə qanun pozuntuları olubsa da, ən pis halda İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsinə əsaslanıb 7-13 manat cərimə etmək olardı. Ancaq cinayət işinin qaldırılması hakimiyyətin hazırladığı geniş plandan xəbər verir, amma bu plan fiaskoya uğrayıb. Ona görə ki, həbs edilənlərin əməllərində hansısa hüquqa zidd hərəkət kimi qiymətləndirilə biləcək fakt yoxdur. İndi texnologiyalar əsridir, sosial şəbəkələrdə və televiziyalarda yayılan video görüntülərdə mitinqçilərin qanuna zidd hərəkətləri görünmür. Dükanların şüşələrinin sındırılmasına gəlincə, ortalığa fakt qoymalıdırlar, heç olmasa bir nəfərin də olsa ad çəkilməlidir?. V.Hacıbəyli hesab edir ki, insanlara qarşı qanunsuz ittiham irəli sürülməsinin özü cinayətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA