Arda Turan "Qalatasaray"dan gedir

img

07-04-2011 [05:56]


Türkiyə yığmasının futbolçusu Arda Turan mövsümün sonunda "Qalatasaray"dan ayrıla bilər. Qol.Az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçinin meneceri Ahmet Bulut "www.sport.co.uk" saytına hazırda Avropanın aparıcı klublarından biri ilə danışıqlar apardıqlarını açıqlayıb. O bildirib ki, danışıqların 10-15 gün ərzində tamamlanmasına çalışırlar. Bulut ad çəkməsə də, həmin klubun İngiltərə təmsilçisi olmadığını vurğulayıb: "Hazırda Ardanın ?Qalatasaray?la müqaviləsi var. Bu səbəbdən, başqa klubla müqaviləyə imza ata bilməz. Onun indiyədək heç bir klubla anlaşmadığını təsdiqləyə bilərəm. Bununla belə, Avropanın çox böyük klubu ilə danışıqlar apardığımızı söyləməliyəm. Bu, İngiltərə komandası deyil, adını açıqlaya bilmərəm. Danışıqların 10-15 gün ərzində tamamlanmasına çalışırıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA