Milli Məclisdə muğamla bağlı qanun layihəsi hazırlanır

img

06-04-2011 [01:30]


Milli Məclisdə ?Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında? qanun layihəsi hazırlanır. Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov məlumat verib. R.Hüseynovun sözlərinə görə, bu sənədin qəbulu mədəni irsimizin qorunması üçün mühüm əhəmiyyət kəsb edəcək. Qanun layihəsinin Mədəniyyət komitəsində müzakirə olunduğunu xatırladan deputat sənədin daha da təkmilləşdirilməsi məqsədi ilə mütəxəssislərin də bu prosesə cəlb edildiyni vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA