ümid Partiyası ictimai Palatanın aksiyasını müzakirə edib

img

05-04-2011 [02:13]


Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda ilk öncə ölkədəki ictimai-siyasi vəziyyət, Fəvvarələr meydanında keçirilmiş 2 aprel aksiyası haqqında müzakirələr aparılıb. Müzakirələrdə aksiyadan sonra baş verənlər, iştirakçıların həbs olunması pislənilib. Rəyasət Heyəti üzvləri ölkənin siyasi həyatında əhəmiyyətli rol oynayan müxalif fikirli siyasi partiyaların ümumi yığıncağının keçirilməsi və proseslərdə siyasi məsuliyyət haqqında ümumi qərarın verilməsi barədə təkliflər irəli sürülüb. Partiyanın təşkilatlanma işi də müzakirə mövzusu olub. Bakı şəhər təşkilatları aktivlərinin partiya sədri ilə nəzərdə tutulan görüşünün tarixi və formatı haqqında fikir mübadiləsi aparılıb. Təşkilat şöbəsi konfrans keçirmiş rayon təşkilatları və növbəti iclasa qədər konfrans keçirməsini planlaşdıran təşkilat komitələri haqqında yekun məlumat verib. Təşkilat şöbəsinin işi rəhbərlik tərəfindən qənaətbəxş hesab olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA