Azərbaycan futbolunda növbəti qalmaqal: baz hakimi döydülər

img

04-04-2011 [12:54]


Azərbaycan futbolunda növbəti qalmaqal baş verib. Qol.Az-ın məlumatına görə, birinci dəstədə baş tutan ?Bakılı? - ?MKT Araz? oyunundan sonra görüşün baş hakimi Rauf Cabbbarov fiziki təzyiqə məruz qalıb. ?Çempion? qəzeti yazır ki, meydan sahiblərinin iki futbolçusuna qırmızı vərəqə göstərən Cabbarov komandanın inzibatçısının qəzəbinə tuş gəlib. Matçın final fitindən sonra referinin üstünə hücum çəkən klub rəsmisi onu yerə yıxaraq döyməyə başlayıb. ?Bakılı?nın prezidenti Misir Əbilov Cabbarovun döyülmədiyini desə də, dolayısı ilə ona təzyiq göstərildiyini təsdiqləyib: ?İdarəçilikdən razı qalmadım. Komandamızın iki oyunçusuna qırmızı vərəqə göstərdi. Açıq-aşkar hiss olunurdu ki, sifarişlə gəlib. Biz də dözə bilmədik, oyundan sonra bir az təzyiq göstərdik. Döymədik, sadəcə, yüngülvari itələdik. Daha sonra isə söydüm?. ?MKT Araz?ın baş məşqçisi Xalid Mustafayev isə bildirib ki, oyundan dərhal sonra ?Bakılı?nın inzibatçısı içəri daxil olaraq, Rauf Cabbarovun döyməyə başlayıb: ?Hər şey gözümün qabağında baş Verdi. Səbəbini mən də bilmədim?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA