Mitinqlə bağlı həbslərə start verilib(yenilənir)

img

02-04-2011 [01:11]


Bu gün Salyandan Bakıya gələn sərnişin avtobuslarının hərəkətinə maneələr yaradılıb. Bu barədə Müsavat Partiyasından verilən məlumata görə, Müsavat Partiyası Bakının Əzizbəyov rayonunda Niyaz Nəsirovun, Biləsuvarda isə Əlipənah Rzalı, Rüstəm Rüstəmov, Rahim Axundov və Səhhət adlı şəxsin polis tərəfindən saxlanıldığını bildirib. Məlumata görə, Sumqayıt şəhərindən Bakıda keçiriləcək seminara gəlməyə hazırlaşan 18 nəfər də saxlanılaraq, Sumqayıt şəhər 4-cü polis bölməsinə aparılıb. 12 Mart aksiyasında 8 sutka həbs cəzası alan Müsavat Partiyasının üzvü Niyaz Nəsirov saxlanıb. Bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. N.Nəsirov səhər saatlarında Buzovna qəsəbəsindən Bakıya gələrkən polis bölməsinə aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA