AMiP-ə qarzı təxribat planı hazırlanıb

img

31-03-2011 [06:36]


Azərbaycan Milli İstiqlal Partiyası Binəqədi Rayon Təşkilatının Naxçıvanı 39 ?A? ünvanında yerləşən qərargahında insident baş verib. Belə ki, təxminən axşam saatlarında 4 nəfər mülki geyimli şəxslər qərargaha gələrək sakinlərin istirahət hüquqlarının pozulması bahənəsi ilə heç bir iclasın keçiriləcəyinə imkan verməyəcəklərini deyərək Binəqədi Rayon Təşkilatının sədri Vidadi Həsənovdan qərargahın bağlamasını tələb ediblər. Bu zaman təşkilat sədri ilə özlərini təqdim etməyən bu şəxslər arasında mübahisə yaranıb. Lakin təxribata uymamaq və qarşıdurmaya rəvac verməmək üçün toplantının təxirə salınması məqsədəmüvafiq sayılıb. Azərbaycan Milli İstiqlal Partiyası hesab edir ki, baş verən hadisə Azərbaycan hakimiyyətinin ölkədəki mövcud gərginliyi daha da dərinləşdirməyə, cəmiyyəti basqı altında saxlamağa, siyasi fəaliyyəti mədudlaşdırmağa çalışmasının və illərlə yürütdüyü antidemokratik siyasətinə sadiq qalmasının bariz nümunəsidir. Partiya bu kimi qanunsuzluğu pisləyərək, iqtidardan özbaşınalıqlara, anarxiyaya, repressiyalara və təzyiqlərə son qoyulmasını, eyni zamanda hadisəni törədən şəxslərin tapılaraq cəzalandırılmasını qətiyyətlə tələb edir. AMİP vətəndaşların təbii və Konstitusiyon hüquq və azadlıqlarının qorunmasının dövlətin təminat verdiyini bir daha xatırladaraq, Azərbaycan hakimiyyətindən üzərlərinə düşən bu vəzifələrini yerinə yetirməsini istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA