AVP müxalifətin mitinqi ilə bağlı əhaliyə müraciət etdi

img

31-03-2011 [05:37]


Ana Vətən Partiyasının (AVP) Mərkəzi Şurasının yığıncağı keçirilib. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, yığıncaqda AVP sədrinin təşkilatı məsələlər üzrə müavini Etibar Quliyevin Mərkəzi Seçki Komissiyasına üzv seçildiyi üçün partiyada fəaliyyətinin dayandırılması, 31 mart azərbaycanlıların soyqırımı və ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Mərkəzi Şura Etibar Quliyevin partiyadakı fəaliyyətini dayandırmaq haqqında qərar qəbul edib, 31 mart 1918-ci ildə azərbaycanlıların soyqırımını törətmiş ermənilərin hələ də antibəşəri, faşist əməllərinin davam etdirilməsinə dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatlarının biganə qalmasını yolverilməz hesab edib. Mərkəzi Şura həmçinin ölkədəki ictimai-siyasi durumun hər hansı narahatçılıq törətmədiyini, sabitliyin pozulmasına səbəb ola biləcək mühitin mövcud olmadığını önə çəkib. Şura radikal müxalifətin son vaxtlar fəallaşmaq görüntüsünü yaratmağın, eyni zamanda radikal müxalifətlə radikal dini qruplaşmalar arasında alyansın törədə biləcəyi fəsadların detalları üzərində dayanaraq xalqımızı radikal qüvvələrin avantürasına və antimilli hərəkətlərinə qoşulmamağa səsləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA