MMP üzvlərinə 2 aprel aksiyasında iztirak etmək üçün sərbəstlik verib

img

30-03-2011 [03:41]


Bu gün Müasir Müsavat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. MİA-nın xəbərinə görə, İdarə Heyətinin üzvləri Yaxın və Orta Şərq ölkələrində baş verən üsyanların Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi ilə qarşılandığını qeyd edib. Onlar həmin ölkələrdə vəziyyətin bu yerə gəlib çatmasını rejimin düzgün siyasət yürütməməsində, demokratiyanın, söz azadlığının boğması ilə əlaqələndiriblər və xalqların azadlıq uğrunda mübarizələrini yüksək qiymətləndiriblər. İdarə Heyətində həmçinin müxalifətdaxili inteqrasiyaya dair müzakirələr də aparılıb. Müzakirələr zamanı İctimai Palatanın aprelin 2-nə təyin etdiyi mitinqlə bağlı məsələyə münasibət bildirilib. Qeyd edilib ki, MMP İctimai Palataya üzv olmadığına görə, partiya olaraq onun həmin mitinqdə iştirakı mümkün deyil. Lakin İdarə Heyəti partiya üzvlərinin arzusu ilə bu aksiyada iştirak etmələrinə sərbəstlik verib. Toplantıda həmçinin ölkə vətəndaşlarına konistitusion hüquqlarının həyata keçirməkdə hakimiyyət qüvvələrinin maneçiliyi pislənilib. Qeyd olunub ki, hakimiyyət konstitusiya çərçivəsində müxalifətin etiraz aksiyalarını keçirməsinə normal şərait yaratmalı və onların təhlükəsizliklərini təmin etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA