Teyyub Qənioğlu 2 aprel mitinqinə qozulmayacaq

img

29-03-2011 [12:50]


Azərbaycan Təkamül Partiyası Mərkəzi Şurasının növbəti iclası keçirilib. MİA-nın xəbərinə görə, iclasda partiyaya yeni daxil olmuş üzvülərin təsdiqi, respublikamızda mövcud ictimai - siyasi vəziyyət və İctimai Palatanın aprel ayının 02 ? də keçirmək istədiyi mitinqdə iştirakla bağlı məsələlər müzakirə edilib. İclasda ATP- nın katibi S.N.Atakişiyev partiyaya yeni daxil olmuş üzvülər haqqında geniş məlumat verib. Müzakirələrdən sonra yeni üzvülərin partiyaya qəbulu təsdiq edilib. Sonra partiyanın sədri Teyyub Qənioğlunun respublikamızda mövcud ictimai - siyasi vəziyyətlə bağlı çıxışı dinlənilib. T.Qənioğlu qeyd edib ki, respublikamızda mövcud ictimai-siyasi vəziyyəti birmənalı qiymətləndirmək mümkün deyildir. Yaxın gələcəkdə vəziyyətin hansı istiqamətdə cərayan edəcəyi bir sira amillərdən asılıdır. K.Marksın təbirincə desək, indi müsəlman dünyasında bir kabus - demokratiya kabusu dolaşmaqdadır. Bu kabusun bizim regiona çatacağı zaman məsələsidir və onun qarşısını almaq qeyri - mümkündür. XX əsrin 90 ? cı illərində sosializmin bir sistem kimi Şərqi Avropadan başlayan süqutunun qarşısını almaq mümkün olmadığı kimi, avtoritar rejimlərin ərəb ölkələrindən başlayan süqutunun da qarşısını almaq mümkün olmayacaqdır. Məsələ bu prosesin necə cərəyan edəcəyi ilə bağlıdır. T.Qənioğlunun çıxışı ətrafında müzakirələrdən sonra bu məsələ ilə bağlı Təkamül Partiyasının mövqeyi müəyyənləşdirilib. Təkamül Partiyası hesab edir ki, ölkəmizdə demokratik cəmiyyətin formalaşması üçün ?yuxarıdan? təxirəsalınmaz islahatların aparılması zəruridir. Bunun üçün ilk növbədə Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilməli, yeni Kabinetin formalaşması, ölkədə demokratik islahatların aparılması ilə bağlı müxalif siyasi partiyalarla məsləhətləşmələrə başlanmalıdır. Bu məsələdə yubanmalar arzuolunmaz və qarşısıalınmaz hadisələrə səbəb ola bilər. İctimai Palatanın aprel ayının 02 ? də keçirmək istədiyi mitinqdə iştirakla bağlı məsələ müzakirə edilərkən qeyd edilib ki, Təkamül Partiyası İP- nın üzvü olmadığından mitinqin təşkilində iştirak etmir. Eyni zamanda, Təkamül Partiyası üzvülərinin demokratik qüvvələrin aksiyalarında iştirak etmələri ilə bağlı qadağa olmadığından partiya üzvülərindən kim istəsə qeyd edilən mitinqdə iştirak edə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA