Aytən Mustafayeva: "Azərbaycanda təxribat törətməkdə maraqlı qüvvələr var"

img

28-03-2011 [02:06]


?Azərbaycanda insan hüquq və azadlığının təminatı yüksək səviyyədədir. Ölkəmizin Konstitusiyasında bu məsələyə xüsusi yer verilir?. Bu fikirləri AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva deyib. A.Mustafayeva bildirib ki, bəzi təşkilatlar tərəfindən Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı səslənən fikirlər obyektiv deyil. Onun sözlərinə görə, ölkəmizdə bütün məsələlər qanunlarla tənzimlənir. Sərbəst toplaşmaq azadlığı məsələsinə gəlincə, A.Mustafayeva qeyd edib ki, Milli Məclis bu haqda beynəlxalq standartlara cavab verən qanun qəbul edib və kütləvi aksiyalar keçirmək istəyən təşkilatlar da bu qanunun tələbinə uyğun addım atmalıdır. ?Bir neçə il öncə Avropa Şurası ilə birgə əməkdaşlıq şəraitində hazırlanmış ?Sərbəst toplaşmaq azadlığı haqqında? qanun Milli Məclisdə qəbul olunub. Hesab edirəm ki, bütün tədbirlər bu qanuna uyğun şəkildə keçirilməlidir. Əgər bu qanunu pozmaq istəyənlər varsa, buna haqq qazandırmaq mümkün deyil. Məlumdur ki, Azərbaycanda təxribat törətməkdə maraqlı qüvvələr var. Bu mənada qanunu pozanlara qarşı görülən tədbirləri insan hüquqlarının pozulması kimi qiymətləndirmək düzgün deyil. Ümumiyyətlə, beynəlxalq təşkilatların nə yazmasından asılı olmayaraq hər bir dövlətin özünün təhlükəsizlik məsələləri var. Kim təminat verə bilər ki, icazəsiz aksiyalarda təxribat törədilməyəcək?- deyə A.Mustafayeva qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA