Klassik Xalq Cəbhəsi Partiyası Mitinq Komitəsi yaradıb

img

25-03-2011 [07:38]


Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin növbəti toplantısı keçirilmişdir. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Sessiyada mövcud ictimai-siyasi vəziyyət geniş müzakirə edilərək bəyanat qəbul edilmişdir. Bəyanatda deyilir: ?18 il bundan əvvəl -1993-cü ildə hərbi çevriliş və saxta seçkilərlə hakimiyyəti zəbt edən mövcud iqtidarın siyasətinin ana xətti: ölkəni çıxılmaz vəziyyətə salan problemləri dərinləşdirməklə hakimiyyətini uzatmaq taktikası dəyişməz qalır. -1994-cü ilin mayından bədnam atəşkəslə başlanan təslimçi sülh siaysəti ilə Qarabağ və ətraf rayonların ermənilərə verilməsini başa çatdırmaq üzrə olan; -atəşkəs rejimnindəki ordudan əsgər ölümünü əksiltməyən; -şəhidinə son borcunu, qazisinə sayğısını, əsgərinə diqqətini itirən; -xammal ixracatçısına çevrilən ölkənin bütün istehsal sahələrini məhv edən; -sözdə bazar iqtisadiyyatlı ölkənin çökmüş iqtisadiyyatının problemlərini inzibati-amirlik yolu ilə, bir çıxışla həll etməyə (yumurta siyasəti) cəhd edən; -hər gün on milyonlarla manat xam neft pulu daxil olan büdcəsini dağıtmat üçün hər cür vasitəyə əl atan; -ödənişsiz tibbi xidmət adı altında korrupsiyalaşmış səhiyyə sistemi ilə vətəndaşını və tibb işçilərini çıxılmaz vəziyyətə salaraq vətəndaşlarını acımadan xəstəliyə və ölümə sürükləyən; -təhsili bütün parametrləri ilə məhv edərək Azərbaycanı XXI əsrin savadsızlar ölkəsinə çevirən; -vətəndaşını sosial problemlər içərisində boğan; -konsitutsiyanı, qanunları kağız parçasına çevirərək dövlətin qanunvericilik və məhkəmə sistemini yararsız hala salan; -dövlət orqanlarını xalqı talayan, dəyərləri məhv edən, vətəndaşlarına qarşı terror vasitələrinə çevirən; -ölkəni tiranların heykəlləri ilə bəzəyərək demokratiyaya qarşı düşmən mövqedən əl çəkməyən; -xarici siyasətni və kütləvi informasiya vasitələrini bir ailənin təbliğat vasitəsinə çevirən; -jurnasitlərini həbslərdə, ziyalısını iqtisadi asılılıqda saxlayan; -vətəndaşından qorxan; -korrupsiyanı, rüşvəti, yalanı və saxtakarlığı idarəetmə üsuluna çevirərək beynəlxalq təşkilatlara daşıyan; -ölkəni ən pis feodal qaydalarla idarə edən bu rejim artıq və daha nə etməlidir ki, onu istefaya göndərək? Ölkədəki bütün mütərəqqi qüvvələrin xalqla birləşərək bu yaramaz rejimi tezliklə istefaya göndərməyin vaxtı artıq çatmışdır. Klassik Xalq Cəbhəsi Partiyası bu müqəddəs işin həyata keçməsi üçün zəruri olan hər cür addım atmağa hazırdır?. Azərbaycan Xalq Cümhuriyyətinin bərpası ilə əlaqədar müraciət qəbul edilmişdir. KXCP-nin növbəti II Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatı dinlənilmişdir. 02 aprel 2011-ci il tarixli mitinqinə hazırlıq və İctimai Palata haqda məlumat veriılmişdir. Aydın Şükürov, Ədalət Yusubov, Xəzər Teyyublu, İsmayıl Yusifov, Fikrət Cəfərov, Elman Türkoğlu və Aytəkin İmranovadan ibarət tərkibdə Mitinq Komitəsi yaradılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA