Deputatlar ABŞ Konqresinin Qarabağa dair konfransında iztirak edəcəklər

img

24-03-2011 [01:02]


Milli Məclisin deputatları Asim Mollazadə, Ceyhun Osmanl və Rasim Musabəyov ABŞ Konqresində ?Dağlıq Qarabağ münaqişəsi? mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün martın 23-də Vaşinqtona yola düşüblər. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda münaqişənin tarixi, törətdiyi fəsadlar, problemin həlli ilə bağlı fikir mübadiləsi aparılacaq, mövzu ilə əlaqədar həqiqəti əks etdirən sənədlər təqdim olunacaq. Səfər zamanı Milli Məclisin deputatları Azərbaycan və Türk diaspor şəbəkələrinin keçirdikləri tədbirlərdə də iştirak edəcəklər. Səfər martın 30-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA