ALP ilə ViP birgə fəaliyyətə dair qərar verib

img

18-03-2011 [05:53]


Martın 18-də Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Azərbaycan Liberal Partiyası (ALP) ilə VİP rəhbərliyinin geniş tərkibli birgə müşavirəsi keçirilib. Toplantıda ölkədəki mövcud ictimai-siyasi durum və ALP ilə VİP-in birgə fəaliyyətinə dair tədbirlər planı müzakirə olunub. MİA-nın xəbərinə görə, toplantıda çıxış edən VİP sədri Əli Əiiyev və ALP sədri Əvəz Temirxan ölkədə yaranmış vəziyyətin geniş təhlilini veriblər. Partiya sədrlərinin çıxışından sonra toplantı iştirakçıları məsələ ilə bağlı fikirlərini bildiriblər. Ölkədə siyasi proseslərin sürətlənməsi fonunda VİP ilə ALP-nin birgə fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayan partiya təmsilçiləri bununla əlaqədar təkliflərini irəli sürüblər. Müşavirənin yekununda irəli sürülən təkliflərin dəyərləndirilməsi və ümumiləşdirilərək ALP ilə VİP-in birgə fəaliyyətinə dair tədbirlər planına daxil edilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA