Sarkisyan Bahar Muradovanın müraciətinə cavab verdi

img

17-03-2011 [05:12]


Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradovanın ona və həyat yoldaşına ünvanlanmış müraciətinə cavab verib. Sarkisyan yazılı açıqlamasında bildirib ki, vitse-spikerin Milli Məclisin iclasında ona və həyat yoldaşına ünvanladığı müraciəti onu narahat edib. O qeyd edib ki, Bahar Muradovanın Milli Məclisin iclasındakı bəyanatını onu iki səbəbdən narahat edib. Birincisi B. Muradovanın vicdanlı olması və öz sözlərinə inanması, ikincisi isə guya Azərbaycanda onun xalqı haqqında "əfsanələr" qoşulması və bunun artıq kimlərinsə həyat kredosuna çevrilməsidir. Və guya işğalçı ölkənin başçısı bizə "quru faktlar" və "sağlam müzakirə" ilə əksini sübut edə bilməyəcək. "Mən sizin müraciətinizə bir erməni və insan kimi reaksiya verməyi qərara aldım. Əminəm ki, əgər siz bizim xalqla yaxından tanış olan azərbaycanlılarla söhbət etsəniz, onlar səmimi olaraq mütləq sizə ermənilərin əslində necə olduqlarını deyəcəklər. Mən başa düşürəm ki, bu, çətin tapşırıqdır. Əlbəttə, hətta bundan sonra təşviqat siz və bütün həmvətənlərinizə bir çox digər dəhşətli hekayələr təqdim edəcək. Lakin mən sizi əmin edirəm ki, adıçəkilən insanların sizə danışacağı qəlbdən gələn tarix müvəqqəti olmayacaq, çünki onlar real olacaqlar. Bu tarix ilə tanış olmaq lazımdır", deyə Sarkisyan bildirib. O, həqiqətən də iki xalqın birlikdə həll etməli olduğu problemi olduğunu vurğulayıb. Erməni prezidentin sözlərinə görə, yükü uşaqlarımıza miras qoymamaq üçün bu problemi həll etməliyik. Ancaq bunun üçün ilk növbədə ictimai mühiti dəyişdirməliyik. "Bunun üçün ilk növbədə insanları ölümə itələyən ictimai atmosferanı dəyişdirmək imkanına malik olmalı, bu atmosferanı qidalandıran mexanizmlərdən imtina etməli, zorakılığı yaradan, onu mümkün edən, gənc insanların itkisinə səbəb olan mühiti kökündən dəyişdirmək imkanına malik olmalıyıq", deyə Sarkisyan bildirib. O, Azərbaycan tərəfini 9 yaşlı uşağn ölümü ilə bağlı spekulyasiya etməkdə də ittiham edib. "Mən ümid edirəm ki, sizin qeyd etdiyiniz uşağın ölümü ilə bağlı qərəzsiz araşdırmadan sonra bu sizə nə qədər də çətin olsa da siz daha bir bəyanatla çıxış edə bilərsiniz", deyə Sarkisyan bəyan edib. Xatırladaq ki, Bahar Muradova 9 yaşlı azərbaycanlı uşağın erməni snyaperinin açdığı atəş nəticəsində öldürülməsini Ermənistanın aqressiv siyasətinin nümayişi olduğunu bildirmişdi. ?Mən bu kürsüdən Ermənistan prezidenti və onun həyat yoldaşına səslənirəm- xalqınızı, millətinizi, gənclərinizi uşaqları öldürməkdən uzaq tutun!?,- deyə Bahar Muradova bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA