AXCP sədrinin müzaviri Şəkidə həbs olunub

img

11-03-2011 [04:56]


AXCP sədrinin müşaviri AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimov Şəkidə həbs olunub. Şəhər polis idarəsinin əməkdaşları Sahib Kərimova yaxınlaşaraq onlarla getməyini istəyiblər. AXCP sədrinin müşaviri bunun səbəbini soruşduqda polislər ?rəis tapşırıb, səninlə görüşmək istəyir? deyərək Sahib Kərimovu zorla polis maşına otuzduraraq şöbəyə aparıblar. Sahib Kərimovun həbsinə etiraz edən Şəki cəbhəçiləri şəhər polis idarəsinin qarşısına toplaşıb. AXCP üzvlərinin sözlərinə görə, Sahib Kərimovu polis idarəsinin Niyazi adlı rəis müavini həsb edib. İdarədən isə Şəki cəbhəçilərinə bildirilib ki, Sahib Kərimov bölmədə yoxdur. Bundan narahat olan müxalifət təmsilçiləri Sahib Kərimovun harada olması haqda dəqiq məlumat əldə etmək istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA