Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var

img

04-02-2026 [11:15]


İcra Hakimiyyətlərində gedən struktiur dəyişikliyi əsasında Abşeronda da bir neçə şöbə ləğv olunub, əvəzində sektorlar yaradılıb.

Mia.az-ın əldə etdiyi məlumata gərə, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi ilə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi ləğv olunub. Bundan başqa, Sənədlərlə və vətəndaşların müraciətləri sektoru yaradılıb.

Bundan başqa, İH-nin bəzi vəzifəli şəxsləri haqqında yeni təyinatlar olub.

Həmçinin,  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsi də ixtisar olunub. İxtisardan sonra şöbənin iki məsləhətçisindən hansının postunu itirdiyini dəqiqləşdirə bilmədik.

İnformasiyanı tam dəqiqləşdirdikdən sonra xəbər yenilənəcək.

F.Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA