AFFA-dan Rəzad Sadiqovu aldadıblar

img

17-03-2011 [03:15]


"Qarabağ"ın yarımmüdafiəçisi Rəşad Sadiqov milliyə növbəti dəfə dəvət edilməməsinə münasibət bildirib. Sadiqov deyib ki, bu məsələylə bağlı ən dəqiq sözü millinin baş məşqçisi Berti Foqts söyləyə bilər. ?Çağırmayıbsa, deməli, şəxsən istəməyib və lazım bilməyib. Bir müddət əvvəl əlaqə saxlayıb Belçikaya viza açdırmaq üçün sənəd istəmişdilər. Sonradan səs çıxmadı. Məncə, millidə oynamağa layiqəm və komandaya fayda verə bilərəm. Özymü heç kimdən zəif saymıram. Foqts fərqli fikirdədirsə, mənim də öz mövqeyim var. Bütün mütəxəssislərə müraciət edə bilərsiniz. Hamı kimin necə futbolçu olduğunu yaxşı bilir. Alman çalışdırıcı ?mənə topsuz qaçan, işləyən futbolçular lazımdır? deyirsə, bu planda heç bir problemim yoxdur. Necə lazımdı qaçıram və işləyirəm. Qətiyyən ruhdan düşmürəm? - deyə R.Sadiqov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA