Gənclərin apelyasiya zikayətinə baxılacaq

img

17-03-2011 [12:48]


Bu gün Bakı Apelyasiya Məhkəməsində 12 mart mitinqində həbs edilənlərdən bir-neçəsinin şikayətinə baxılacaq. Bu barədə Azadlıqradiosuna həmin şəxsləri müdafiə edən vəkillər məlumat veriblər. Müsavat partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və təşkilatın üzvü Natiq İbrahimovun vəkili Anar Qasımovun dediyinə görə, müdafiə etdiyi şəxslər haqlarında çıxarılan inzibati həbs cəzasına xitam verilməsini istəyirlər. Hər iki gənc martın 12-də Müsavat partiyasının keçirdiyi mitinqlə bağlı saxlanılıblar və məhkəmə onlar haqqında 8 günlük həbs qərarı verib. Bu gün daha bir nəfərin, 12 mart mitinq günü toya gedərkən həbs edilən Xeyrulla Ağayevin apelyasiya şikayətinə baxılacaq. Bu barədə Azadlıqradiosuna onun vəkili Əsabəli Mustafayev məlumat verib. Vəkillər müdafiə etdikləri şəxslərin şikayətlərinin nəzərə alınacağına və həmin şəxslərin Novruz bayramını öz ailə üzvləri ilə birgə keçirəcəklərinə ümidlidirlər. Daxili İşlər Nazirliyinin martın 12-də yaydığı məlumatda qeyd olunurdu ki, sözügedən aksiyada 50 nəfərin saxlanılıb. Onlardan 20 nəfərin işi məhkəmələrə göndərilib, 30 nəfər isə xəbərdarlıq edildikdən sonra buraxılıblar. İşi məhkəmələrə göndərilənlər haqqında 6-8 sutkalıq həbs qərarı çıxarılıb. Hazırda 12 mart mitinqi ilə bağlı 13 nəfər həbsdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA