Müxalifət aprelin 2-nə birgə mitinq təyin etdi

img

14-03-2011 [06:36]


Bu gün İctimai Palatanın koordinasiya şurasının növbədənkənar toplantısı keçirilib. İctimai Palatanın koordinasiya şurasının ənənəvi olaraq həftənin 4-cü günü keçirilən iclası bu günə təyin olunub və bu, ötən həftənin cümə və şənbə günləri keçirilən kütləvi aksiyalardan sonra ölkədə yaranmış ictimai-siyasi vəziyyətlə bağlıdır. Xəbərlərə görə, İP-in koordinasiya şurasının toplantısında kütləvi aksiyaların davam etdirilib-etdirilməməsi ilə bağlı məsləhətləşmələr aparılıb, aparıcı müxalifət partiyalarının birgə mitinqini təşkil etmək barədə qərar qəbul edilib. İctimai Palatanın koordinasiya şurası müxalifətin birgə mitinqini apreln 2-nə saat 14-ə təyin edib. Mitinq ölkə üzrə deyil, yalnız Bakı şəhərində keçiriləcək. Mitinqdən öncə Azərbaycan xalqına müraciət olunacaq. Kütləvi aksiya üçün paytaxt hakimiyyətindən Nərimanov kinoteatrının qarşısındakı meydan istəniləcək. Əgər BŞİH bu variantla razılaşmasa, onda mitinq Fəvvarələr meydanına təyin olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA