ALDP müxalifətin 2 aprel aksiyasına qatılacaq

img

16-03-2011 [12:21]


Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə Sədr Aparatının növbəti iclası keçirilib. MİA-nın xəbərinə görə, ilasda ölkədəki ictimai-siyasi durum, müxalifətin aprelin 2-ə planlaşdırdığı kütləvi aksiyaları və cari məsələlər müzakirə olunub. ALDP sədri Fuad Əliyev hökümət tərəfindən yumurta inhisarçılarının nəzərətə alınması və onun nəticəsi olaraq qiymətinin aşağı salınmasının təqdirəlayiq addım hesab edib. Fuad Əliyev həmçinin vətəndaşların sosial problemlərin mövcud olduğunu bildirərək, qeyd edib ki, hökumət yalnız yumurtanın qiymətini aşağı salınmağla kifayətlənməməlidir. Acınacaqlı haldır ki, ərzaqların qiymətləri yüksək olaraq galır, hətta bəzilərinin qiymətləri gündən-günə bahalaşır. Bu bir daha onu göstərir ki, iqtidar korrupsiya ilə mübarizədə səmimi deyil. Qiymətlərin qalxması xalqa baha başa gəlsə də, məmurlar süni qiymət artımı ilə öz kapitallarını artırırlar. Respublikamıza idxal olunan bütün malların məmurların inhisarından çıxarılmağın vaxtı çoxdan çatıb. İclasda İctimai Palatanın aprelin 2-sinə planlaşdırdığı aksiyada ALDP üzvlərinin iştirakı müzakirə olunub. Müzakirələrdən sonra İctimai Palatanın keçirəcəyi aksiyada ALDP üzvlərin iştirakı təsdiqlənib. ALDP sədri Fuad Əliyev ALDP sədr müavini Vahid Nəzərova aksiyada iştirak etmək üçün təşkilatı məsələlərlə bağlı tapşırıq verib. ALDP iqtidara müraciət qəbul edib. Müraciətdə planlaşdırılan aksiyada mövcud qanunlara uyğun olaraq insanların sərbəst şəkildə toplaşmalarına şərait yaradılmasını və onların aksiyalarına müdaxilə olunmaması tələb edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA