ADP-çi gənclərə 7 sutka həbs verildi

img

12-03-2011 [01:05]


Dünən ?11 mart Böyük Xalq Günü? aksiyasında iştirak edən ADP-çi gənclərdən 7 nəfəri saxlanılmışdı. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Bunlar Cəmil Hacızadə, Daşqın Nuriyev, Kamal Hüseynov, Orxan Hüseynov, Emin Fərhadi, Ramal Əsgərov və Fuad Hacıyevdir. Saxlanılan ADP-çilər dünən gecə saatlarına kimi müxtəlif polis bölmələrində saxlanılmış, onlara qarşı təqib və təzyiqlər edilib. Saxlanılan ADP-çilər saxlanma zamanı polis və mülki geyimli şəxslərin zorakılığına məruz qalaraq müxtəlif bədən xəsarətləri alıblar. ADP-çi xanım Şəhla Haciyev də aksiya zamanı polislərin zorakılığı ilə üzləşib. ADP-çi gənc Osman Əhmədov da xəsarət alanlar sırasındadır. Gecə saatlarında ADP Gənclər Təşkilatının sədr müavini Kamal Hüseynov Səbail Rayon Məhkəməsi tərəfindən, ADP Nizami RT-nın Gənclər Təşkilatının sədri Orxan Hüseynov isə Nəsimi Rayon Məhkəməsi tərəfindən saxta və qondarma ittiham əsasında 7 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum ediliblər. Həbs olunan gənclər hazırda Binəqədidə yerləşən Müvəqqəti Saxlama Təcridxanasında saxlanılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA