ümid Partiyası bəyanat verdi

img

11-03-2011 [01:30]


Martın 7-də MDİ Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs Ədliyyə Nazirliyinə çağırılıb və ona ofisi bağlaması barədə xəbərdarlıq məktubu təqdim olunub. Məktubda Azərbaycan qanunvericiliyinin beynəlxalq təşkilatların ölkədə qeydiyyatsız fəaliyyətinə imkan vermədiyi bildirilir və Milli Demokratiya İnstitutundan fəaliyyəti dayandırmaları tələb olunur. Milli Demokratiya İnstitutu son beş ildə bir neçə dəfə qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib və hər dəfə rədd cavabı alıb. Eyni bəhanə ilə Norveç İnsan Hüquqları evinin də bağlanacağı bildirilib. Qeyd edək ki, qeydiyyat probleminin ortaya çıxması bir il öncə Beynəlxalq Respublikaçılar İnstitutunun Bakıdakı ofisinin qapadılması ilə nəticələnmişdi. Ümid Partiyası bəyan edir ki, beynəlxalq təşkilatların fəlaiyyətlərinə qoyulan maneə ölkənin siyasi-ictimai həyatında mənfi rol oynayacaq, demokratikləşmə, qərbə inteqrasiya kimi önəmli proseslərin inkişafına ciddi zərbə vuracaq. Buna görə də müvafiq icra strukturlarından tələb edirik ki, MDİ, BRİ kimi əhəmiyyətli qurumların qeydiyyatı məsələsinə ən qəsa zamanda baxılsın və beynəlxalq təşkilatların fəlaiyyətinə qoyulan süni maneə ən qısa zamanda aradan qaldırılsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA