ViP-lə ALP birgə etiraz bəyanatı verdilər

img

09-03-2011 [06:40]


Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyasının (ALP) siyasi fəallıq göstərən gənclərin həbsinə birgə etiraz bəyanatı verib. Bəyanatda bildirilir: Azərbaycan iqtidarı ölkədə ictimai-siyasi fəallığın qarşısını almaq məqsədilə repressiv tədbirlərini xüsusilə son günlərdə daha da gücləndirib. Siyasi fəallığı ilə seçilən bir qrup gəncin qondarma ittihamlarla həbs olunması hakimiyyətin ölkədə vətəndaş hüquq və azadlıqlarını tanımaq niyyətində olmadığını növbəti dəfə təsdiqləyir. İnqilabi proseslərin sürətləndiyi ərəb dövlətlərində belə yerli iqtidarlar siyasi və iqtisadi islahatlara başlamağın labüdlüyünü qəbul etdikləri halda, Azərbaycan iqtidarı avtoritar idarəetmə metodlarından imtinaya hələ də hazır olmadığını göstərir. Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) ölkədə siyasi fəallığın artırılması təşəbbüsündə bulunan gənclərin saxta ittihamlarla həbs olunmalarını qətiyyətlə pisləyir və bu tədbirləri iqtidarın cəmiyyətdə qorxu yaratmaq məqsədindən qaynaqlandığını bəyan edir. VİP və ALP hakimiyyətdən həbs olunaraq işgəncələrə məruz qalan gənc fəallar Bəxtiyar Hacıyev, Cabbar Savalanlı, Səxavət Soltanlı, Dəyanət Babayev və Rəşadət Axundovun dərhal azad olunmalarını və ölkədə siyasi fəaliyyətin məhdudlaşdırılmasına hesablanmış adımlara son qoyulmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA