Elnur Məmmədli Almaniyadan medalla dönür

img

21-02-2011 [02:16]


Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub. ?Judoonline.info? saytının verdiyi məlumata görə, yarışda mübarizə aparan azərbaycanlı cüdoçulardan yalnız biri medal qazanmağa müvəffəq olub. 81 kq çəki dərəcəsində mübarizə aparan Elnur Məmmədli ardıcıl olaraq isveçrəli Keller Kristofu, fransız idmançı Şmitt Alaini və Mərakeş təmsilçisi Attaf Safouanı ?İppon? xalı ilə məğlub edərək yarımfinala qədər irəliləyib. O, yarımfinalda Rusiya təmsilçisi Xabaçirov Murada uduzaraq Qran Pri yarışının bürünc medalını qazanıb və bununla da öz aktivinə London-2012 Yay Olimpiya Oyunlarında iştiraka haqq verə biləcək daha 80 lisenziya xalı yazdırıb. Digər cüdoçularımızın çıxışlarına gəldikdə isə Elxan Məmmədov (90 kq) 5-ci yerə çıxaraq London-2012 Yay Olimpiya Oyunlarına 40 lisenziya xalı qazanıb. Elxan Məmmədov (90 kq) ardıcıl olaraq Argentina və Əlcəzair təmsilçilərini məğlub etsə də yarımfinala çıxış görüşündə fransız idmançısına uduzaraq Qran Pri turnirinin 5-cisi olub. Təssüff ki, digər cüdoçularımız ? Ramin Qurbanov ( -90kq), Elmar Qasımov (-100 kq), Emil Tahirov (+100 kq) və Ramilə Yusubova (-63kq) daha erkən mərhələlərdə məğlub olaraq uğursuz çıxışla yadda qalıblar. Yarışin ilk günündə isə cüdoçularımızdan Tərlan Kərimov (-60 kq ) və Kifayət Qasımova Qran Pri turnirinin 5-cisi olub. Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında 68 ölkə arasında 21-ci olub

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA