?Neftçi?, ?Qarabağ?, ?Bakı?, ?inter?, ?Xəzər Lənkəran?

img

18-02-2011 [02:21]


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 il üçün dünyanın ən güclü 1000 komandasının siyahısını açıqlayıb. Qol.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, siyahıda ilk onluğu müvafiq olaraq ?Barselona? (İspaniya), ?Mançester Yunayted? (İngiltərə), ?Liverpul? (İngiltərə), ?Arsenal? (İngiltərə), ?İnter? (İtaliya), ?Bavariya? (Almaniya), ?Milan? (İtaliya), ?Real? (Madrid, İspaniya), ?Çelsi? (İngiltərə) və ?Boka Xuniors? (Argentina) klubları tutublar. Reytinq cədvəlində Azərbaycanın beş klubu da yer alıb. Ən yaxşı klubumuz olan ?Neftçi? 392 xalla 586-cı yerdədir. ?Qarabağ? 366,5 xalla 634-cü, ?Bakı? 327 xalla 731-ci, ?İnter? 266,5 xalla 915-ci, ?Xəzər Lənkəran? 265 xalla 925-ci yerdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA