Gökdənizli ?Rubin? UEFA-nın ilk oyununda ?Tvente?yə ağır məğlub oldu

img

17-02-2011 [07:15]


UEFA çərçivəsində bu gün Rusiyanın ?Rubin? klubu Hollandiyanın ?Tvente? komandası ilə ilk qarşılaşmadan gözlənildiyinin əksinə olaraq, ağır məğlubiyyətlə ayrılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ilk hissəyə fəal başlayan Kazan şəhərinin komandası ərazi üstünlüyündən yararlana bilməyib. İkinci hissəyə isə hollandlar sürətli hücumlarla başlayıblar. Nəhayət, qonaqlar oyunun 77-ci dəqiqəsində Luuk De Jongun qolu ilə hesabı açıblar. 88-ci dəqiqədə isə ?Tvente?li Peter Visgerhof ilk qolun müəllifi Jongun ötürməsini qapı toruna göndərməklə hesabı 2-0-a çatdırıb. Bu qələbə səfərdə keçiriləcək cavab qarşılaşmasında ?Rubin?nin şansının minimuma enməsi deməkdir. Yeri gəlmişkən, ?Rubin?nin heyətində Türkiyəli Gökdəniz Qaradəniz ilk 11-likdə meydana çıxıb və oyunun 73-cü dəqiqəsinədək meydanda olub. Onun əvəzlənməsindən 4 dəqiqə sonra isə hollandlar hesabı açıblar. Xatırladaq ki, cavab görüşləri martda baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA