Azərbaycanın məzhur futbolçusu bozanmaq istəyir, ancaq hakim bozamır

img

17-02-2011 [06:03]


Azərbaycanın ?Karvan? futbol komandasının məşuhr üzvü Ruslan Qafitulinin həyat yoldaşından tezliklə boşanmaq istəyi məhkəmələr tərəfindən rədd olunur.Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, bir neçə il əvvəl ailə həəyatı quran Ruslan həyat yoldaşı Bulanova Natalya Yevgenyevnadan boşanmaq üçün ilkin iddia qaldırdığı Binəqədi Rayon Məhkəməsində istəyinə nail ola bilməyib: ?Futbolçu rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Onun şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun sədrliyi ilə ötən ilin əvvəlində icraata qəbul olunsa da, hakim bu ilin fevral ayının 10-da, saat 14.30-da keçirilən prosesdə iş üzrə qərarını verib. Tofiq Səmədov futbolçunun birgə nigahın pozulmasından bəhs edən şikayətini yenə də rədd olunub. Yəni Binəqədi Rayon Məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxlanılıb?. Bir daha xatırladaq ki, sözügedən futbolçu Yunis Hüseynovun baş məşqçisi olduğu ?Karvan?ın əvəzedilməz ilk 11-liyinə daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA