Məzhur futbolçu Mazallah Əhmədovun adı daha bir məhkəmə qalmaqalında

img

17-02-2011 [06:03]


Tanınmış futbolçu, bir vaxtlar ?Neftçi?nin forması ilə xariqələr yaradan məşhur futbolçu Maşallah Əhmədovun adı daha bir məhkəmə qalmaqalında hallanır. Bu dəfə isə onun adı cinayət işində deyil, mülki işdə önə çıxıb. Bu haqda Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, Maşallah Əhmədovla Bakı şəhər sakinləri İlham Sədi oğlu Ağamirzəyev və Tamila Kərimova arasında illərdir Yasamal rayonu ərazisində yerləşən özəlləşdirilmiş bir mağazanın (hazırda təyinatı dəyişdrilib-redaksiya) uğurunda hüquqi müstəvidə gərgin mübarizə gedir: ?Qarşı tərəf əsaslı dəlilləri ilə sabiq futbolçunun onları aldatdığını iddia edərək, Nəsimi Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq, haqlı olduqlarını subut edə biliblər. Maşallah Əhmədov isə Nəsimi Rayon Məhkəməsinin bu qətnaməsindən razı qalmayaraq, apellyasiya şikayəti verib?. Məhkəmədən daxil olan məlumatda bildiririlir ki, keçmiş futbolçunun şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Raqub Qurbanovun sədrliyi ilə icraatdadır: ?Hakim iş üzrə fevral ayının 11-də ilkin hazırlıq prosesi keçirməliydi. Lakin hansısa səbəbdən işi fevralın 25-ə təxirə saldı?. Yeri gəlmişkən, xatırladaq ki, Maşallah Əhmədovun adı 2009-cu ilin ilin dekabrın 30-da ? Yeni il ərəfəsində Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsilə Mirəli Qaşqay küçəsinin kəsişdiyi yerdə, 53 saylı binanın qarşısında 46 yaşlı Qazax rayon sakini Rasim Əliyevin əlindəki qumbaranı partlatmaqla intihar etməsində də hallanıb. Həmin vaxtı mərhumun ailəsi iddia edirdi ki, M.Əhmədov onlara borclu olduğu 15 min manat pulu vermədiyi üçün belə bir faciə yaşanıb. Futbolçu bu ittihamla bağlı elə həmin günü 8 saat Bakı Şəhər Prookurorluğunda dindirilib. Sonradan onun bu ittihamlardan nexcə yayındığı haqda isə heç bir məlumat verilmədi. Məsələ ilə bağlı M.Əhmədovun mövqeyni öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA