Nazim Süleymanov: ?Niyə istefa verməliyəm?!?

img

17-02-2011 [01:40]


AZAL klubunun baş məşqçisi Nazim Süleymanov ?Gəncə? ilə oyundakı 0:0 hesablı nəticədən sonra komandanın məşqçi heyətinin istefa vermək istəyilə bağlı yayılan məlumatlara münasibət bildirib. Qol.Az-ın xəbərinə görə, həmin matçdan sonra klub prezidenti Vaqif Qasımovla məşqçilər arasında heç bir qalmaqalın olmadığını deyən Süleymanov komandadan getmək barədə fikir səsləndirmədiyini söyləyib. ?Klubumuzun prezidenti qarşısında öhdəçilik götürmüşük. Tələb olunan nəticəni verə bilməsək, özümüz gedəcəyik. İndi niyə getməliyəm?! Biz hamımız ?Gəncə? üzərində qələbə qazanacağımızı gözləyirdik. Ancaq rəqib bütün planlarımızı pozdu? - deyə N.Süleymanov bildirib. O, ?Gəncə?nin stimullaşdırılması ilə bağlı səsləndirdiyi fikrə də toxunub: ?Mənim sözlərimi bu şəkildə sensasiyaya çevirmək lazım deyil. Bütün dünyada bu stimullaşdırma populyardı. Kimsə sənə pul verirsə, uduzmağın üçün vermir ki, əksinə daha layiqli mübarizə aparmağın üçün verir. Günahkar özümüzük. Biz istənilən halda daha güclü olduğumuzu göstərməyə borclu idik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA