AFFA baz məzqçiyə 17 oyunluq cəza kəsdi

img

15-02-2011 [04:01]


Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az saytının məlumatına görə, yığıncaqda Premyer Liqa və əvəzedici komandaların XX turunda baş verən xoşagəlməz hadisələr müzakirə olunub. Eyni zamanda, I divizionun XIV turu da müzakirə mövzusu olub. Premyer Liqada yalnız 1 klub cəzalanıb. ?Muğan?la matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan ?Bakı? 1000 manat cərimə olunub. Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun MOİK-lə oyununda birbaşa qırmızı vərəqə alan ?Turan?ın futbolçusu Cavid Tağıyev 2 oyunluq cəzalanıb və komandasını 1000 manat xərcə salıb. ?İnter? ? ?Simurq? matçında meydan sahibləri 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 500 manat ödəməli olacaq. Matçın 62-ci dəqiqəsində ?Simurq?un üzvü Elçin Süleymanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb və komandasını 2000 manat ziyana salıb. I divizionunun XIV turunun ?Şuşa? ilə qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan ?MKT Araz? 100 manat cərimələnib. ?Göyəzən? ? ?Bakılı? oyunu xoşagəlməz hadisələrlə zəngin olub. Matçın 79-cu dəqiqəsində ?Bakılı?nın futbolçusu Samir Quliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb və komandasını 20 manat xərcə salıb. Görüş başa çatdıqdan sonra ?Bakılı? klubunun baş məşqçisi Elçin Həsənov geniş kütlə qarşısında AFFA və PFL-in nümayəndələrinin ünvanına nalayiq ifadələr işlədib, oyun hakimlərinə hədə-qorxu gələrək onları təhqir edib. Bu onun 17 oyunluq cəzalanması ilə nəticələnib. ?Bakılı? isə 2650 manat cərimə ödəyəcək. ?Energetik? ? ?Neftçi? İSM matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 100 manat ziyana düşüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA