Berti Foqts: ?Onlar qərarları tez qəbul etməyi öyrənməlidirlər?

img

08-02-2011 [03:44]


Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts fevralın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, Foqts əvvəlcə yanvarın 27-dən başlanan təlim-məşq toplanışı üçün komandamıza yüksək səviyyədə şəraitin yaradıldığını bildirib. Hazırlığa gəlincə, baş məşqçi futbolçuların ləng qərar verməsindən şikayətlənib: ?Oyunçular başa düşməlidirlər ki, onlar ölkə çempionatına yox, beynəlxalq oyunlara hazırlaşırlar. Meydanda topu ələ keçirən zaman tez qərar qəbul etmək lazımdır. Ancaq onların çox fikirləşməsi vaxt itkisinə səbəb olur. Nəticədə müdafiədən hücuma gec keçməyimiz məndə narazılıq yaradır?. Foqtsun fikrincə, millimizin iki aydır hazırlıq keçmədiyi hiss olunur. Lakin yığmamızın baş məşqçisi bildirib ki, buna görə klubların Türkiyənin Antalya şəhərindəki hazırlığının pis keçdiyini demək olmaz: ?Hər şey futbolçuların özlərindən asılıdır. Onlar qərarları tez qəbul etməyi öyrənməlidirlər?. Daha sonra 65 yaşlı mütəxəssis yığmamızın fevralın 9-da Macarıstan millisi ilə keçirəcəyi yoldaşlıq görüşü barədə danışıb. O bildirib ki, 10-12 günlük toplanışla Macarıstan yığmasına böyük hesabla qalib gələcəyimizi gözləmək düzgün olmaz: ?Rəqibin heyətindəki futbolçuların böyük əksəriyyəti Avropada oynayırlar. Onlar İtaliya, İngiltərə, Almaniya kimi güclü çempionatlarda çıxış edirlər. Bəs azərbaycanlı futbolçular belə liqalarda oynayırlarmı? 10-12 günlük toplanışla Macarıstan yığmasına böyük hesabla qalib gələcəyimizi gözləmək düzgün olmaz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA