Bu gün klublarımızın Avrokubok həyəcanı bazlayır

img

01-02-2011 [02:50]


Bu gün voleybol üzrə Avropa kuboklarında pley-off mərhələsinin oyunları start götürür. ?Çelenc? kubokunda yarışan ?Lokomotiv? 1/8 final mərhələsində Kiprin ?Apollon? klubunu qəbul edəcək. ?Dəmiroyolçular? Limassol təmsilçisini ?Sərhədçi? Olimpiya İdman Mərkəzində sınağa çəkəcəklər. Bu komandalar arasında cavab qarşılaşması bir həftədən sonra baş tutacaq. Qitə miqyaslı yarışda ölkəmizi təmsil edən digər 3 komandamız isə ilk oyununu səfərdə keçirəcək. ?Azərreyl? bu gün Ukraynada ?Ximki? klubunun qonağı olacaq. Fevralın 8-də isə bu komandalar Bakıda münasibətlərinə aydınlıq gətirəcəklər. ?Çelenc? kubokuna iddialı ?İqtisadçı? klubu da pley-off mərhələsinin ilk görüşünü səfərdə keçirəcək. ?İqtisadçı? sabah Rumıniyanın ?Stinta? klubunun qonağı olacaq. Balkan təmsilçisi ilə cavab görüşü fevralın 8-də Bakıda keçiriləcək. Ölkəmizin Çempionlar liqasındakı yeganə təmsilçisi ?Rabitə? klubu isə pley-off mərhələsində Çexiyanın ?Modranska? klubu ilə yarışacaq. ?Rabitə? fevralın 3-də Modranskanın qonağı olacaq. Bu oyundan bir həftə sonra isə ?Rabitə? doğma divarlar arasında Çexiya təmsilçisini sınağa çəkəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA