"inter" ermənilərə futbol dərsi keçdi

img

19-01-2011 [05:00]


Bu gün Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunan "Birlik kuboku"nun 1/4 final mərhələsinin oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Bakının "İnter" komandası bu mərhələdə Ermənistanın "Mika" klubu ilə qarşılaşıb. Qrupda keçirdiyi hər 3 oyunu qələbə ilə başa vuran "İnter" klubu bu prinspial görüşün də əsas favoriti hesab edilirdi. Əvvəlcə "İnter"in "Birlik kuboku"nda keçdiyi yola nəzər salaq. Yanvarın 15-də turnirin açılış matçında Qırğızıstan "Neftçi" klubu ilə qarşılaşan "bankirlər" rəqibini 3 cavabsız qolla məğlub edib. Daha sonra Tacikistanın "İstiqlal" klubu ilə qarşıalşan Sxadadzenin yetirmələri bu görüşdən də 3:0 hesablı qələbəylə ayrılıb. Qrupun son matçında isə Moldovanın "İskra-Stal" klubuna 1:0 hesabı ilə qalib gələn "İnter" qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdəki rəqib isə bizim üçün mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, indiyə kimi "Birlik kuboku"nda ermənilərlə 2 dəfə qarşılaşmışıq. 2006-cı ildə keçirilən matçda "Neftçi" ermənilərin "Pünik" klubunu 2:0 hesabı ilə məğlub etmişdi. Bir il sonra isə ermənilər bizimlə görüşdən imtina eədərk Moskvadan qaçmışdılar. Digər təmsilçimiz "İnter" də bu işin öhdəsindən layiqincə gəlib. Son ölkə çempionu "Mika"nı 4:0 hesabı ilə məğlub edərək, ermənilərə futbol dərsi keçib. "İnter"in yarımfinaldakı rəqibinin kimliyinə isə təxminən 2 saatdan sonra aydınlıq gələcək. Qeyd edək ki, "Birlik kuboku"na 2006-cı ildə "Neftçi", 2008-ci ildə isə "Xəzər Lənkəran" klubları sahib çıxıblar. Turnirə ikinci dəfə qatılan "İnter"in isə bu işin öhdəsindən nə dərəcədə gələcəyini isə zaman göstərəcək. 19 yanvar 1/4 final 15:00. "İnter" (Azərbaycan) - "Mika" (Ermənistan) - 4:0 Qollar: Vladimir Levin, 30 (1:0), Girts Karlsons, 35, 60 (2:0 ; 4:0), Dmitri Kruqlov, 50 (3:0) "İnter": Lomaya, Abramidze, Daşdəmirov, Levin, Kandelaki, Çertoqanov, Çervenka, Zlatinov, Kruqlov, Obikadze, Karlsons. "Mika": Kasparov, Poqosyan, Tadevosyan, Mİkoyan, Aleks, Mkrtçyan, Voskanyan, Elney, Mandrıçenko, Demel, Beqeryan.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA