Azərbaycanın "inter" komandası Birlik kubokunda 1/4 finala çıxıb

img

18-01-2011 [05:33]


Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ?Birlik kuboku?nda çıxış edən futbol üzrə Azərbaycan çempionu ?İnter? qrup mərhələsini birinci yerdə başa vurub. Qrup mərhələsinin sonuncu oyunu bu gün keçirilib. ?İnter Moldovanın ?İskra-Stal? komandası ilə qarşılaşıb. 80-ci dəqiqədə Rövşən Əmiraslanovun vurduğu qolla ?İnter? 1:0 hesabı ilə qələbə qazanıb. Azərbaycan çempionu qrupda keçirdiyi ilk iki oyunda Qırğızıstanın ?Neftçi? və Tacikistanın ?İstiqlal? klublarına da 3:0 hesabı ilə qalib gəlmişdi. Bu günkü qələbə ilə ?İnter? maksimum xal toplamaqla 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA