Qurbanov Qurbanovu ?Qarabağ?a gətirdi

img

11-01-2011 [01:11]


Azərbaycan milli komandasının keçmiş üzvü olan İlqar Qurbanov artıq karyerasını Ağdamın "Qarabağ" klubunda davam etdirəcək. Bu haqda Qol.Az-a müsahibəsində "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. Qurbanovun sözlərinə görə, artıq bu gündən komandanın düşərgəsinə qoşulacaq futbolçu sabahdan yeni klubu ilə məşqlərə başlayacaq. Qeyd edək ki, İlqarın son klubu Türkiyənin Bank Asya təmsilçisi "Mərsin İdmanyurdu" komandası olub. 24 yaşlı futbolçu buna qədər isə "Fənərbaxça"nın əvəzedici heyətində və "Sivaspor" kimi klublarda çıxış edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA