Voleybolçu qızlarımız Avstriyadan qələbə ilə dönürlər

img

05-01-2011 [04:55]


Voleybolçu qadınlardan ibarət ?Lokomotiv? klubu Çelenc kuboku uğrunda yarışın 1/16 final mərhələsi çərçivəsində ilk oyununu keçirib. Aleksandr Çervyakovun yetirmələri səfərdə Avstriyanın ?Lins Steq? klubu ilə qarşılaşıb. İlk dəqiqələrdən oyuna aktiv başlıyan komandamız birinci seti 10 xal fərqiylə - 25:15 hesabı ilə irəlidə bitirib. ?Dəmiryolçular? ikinci setdə də rəqibə göz açmağa imkan verməyiblər. Bu dəfə ?Loko? seti 25:11 hesablı qələbə ilə başa vurub. Üçüncü set isə görüşdə həlledici olub. Voleybolçularımız bu dəfə 25:18 hesablı qələbəyə seviniblər. Beləliklə ?Lins Steq? doğma meydanda keçirdiyi qarşılaşmada ?Lokomotiv?ə 0:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftədən sonra Bakıda keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA