"Xəzər Lənkəran" iki futbolçunu icarəyə götürür

img

05-01-2011 [04:13]


"Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik Rumıniyanın "Rapid" komandasından hücumçu Çesinya və yarımmüdafiəçi Ştefan Qriqorini 6 aylıq icarəyə götürmək məqsədilə danışıqlar aparıb. Qol.Az-ın Rumıniya mətbuatına istinadən məlumatına görə, "Rapid"in prezidenti Dinu George yanvarın 5-də günorta saatlarınadək bu təklifə konkret cavab verəcəklərini bildirib. O, klubun sahibi ilə futbolçuların özlərinin mövqeyini öyrənməyin vacibliyini vurğulayıb. Rednik isə ilk növbədə, Qriqorinin keçidində israr etdiyini bildirib. Rumıniyalı mütəxəssis vaxtilə birgə çalışdığı futbolçuları "Xəzər Lənkəran"a gətirmək istədiyini açıqlayıb. Baş məşqçi Rumıniya çempionatından ümumilikdə 5 futbolçunun transferində maraqlı olduğunu söyləyib. Lakin Griqori Azərbaycana gəlişinin müəyyən şərtlərdən asılı olduğunu bildirib. "Xəzər Lənkəran"a keçəcəyindən məlumatsız olduğunu deyən 28 yaşlı yarımmüdafiəçi bu haqda ona heç nəyin deyilmədini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA