Müxalifətçi deputatlığa keçmiz namizəd Avropa Məhkəməsinə hazırlazır

img

29-12-2010 [04:00]


7 noyabr parlament seçkilərində ?Qarabağ? Blokunun 63 saylı Sabirabad birinci seçki dairəsindən deputatlığa namizədi olmuş Razi Abasbəyli Avropa İnsan Haqlarına müraciət edir. Bu barədə keçmiş namizəd özü məlumat verib: ?Mənim namizədliyimi Dairə Seçki Komissiyasında qeydə almadılar. İmzalarımla bağlı yanlışlıqların olmasına dair DSK-nın işçi qrupunun verdiyi qərara komissiyanın katibi və qrupun rəhbəri Xanlar Abbasov imza atmadı və imzalarla bağlı rəyin qanunsuz olduğunu yazılı şəkildə Mərkəzi Seçki Komissiyasına yolladı. Bundan sonra biz MSK-ya müraciət etdik. MSK ilə DSK-nın imzalarımızla bağlı çıxardığı ekspert rəyləri arasında ciddi fərqlər ortaya çıxdı. Amma aşağı instansiyanın qərarı qüvvədə saxlanıldı. Bundan sonra biz Bakı Apelyasiya Məhkəməsinə müraciət etdik. Yenə də məhkəmənin ekspert qruppu imzalarla bağlı DSK və MSK-nın rəyindən təmamilə fərqli bir rəy hazırladı və komissiyaların qərarlarını qüvvədə saxladı. Ali Məhkəmə də analoji addımı atdı. Bundan sonra isə bizim şikayət etmək üçün yalnız bir instansiyamız qaldı ki, o da Avropa İnsan Haqları Məhkəməsidir. Artıq bütün sənədləri, bir-birinə daban-dabana zidd olan ekspert rəylərini toplamışıq. Mənim şikayətimdə həmçinin DSK-nın qərarına birbaşa olaraq rayon icra hakimiyyətindən təzyiqlər edildiyini sübut edən əlavə materiallar. O cümlədən mənə imza vermiş 490 vətəndaşın ərizəsi də əlavə edilib ki, onlar da yazılı şəkildə imzalarının özləri tərəfindən atıldığını göstəriblər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA