ONLAR MSK ÜZVLƏRİ, MƏZAHİR PƏNAHOV İSƏ SƏDR SEÇİLDİ - YENİLƏNİB

ONLAR MSK ÜZVLƏRİ, MƏZAHİR PƏNAHOV İSƏ SƏDR SEÇİLDİ - YENİLƏNİB

SİYASƏT

27.04.2026, 16:17

Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini və katibləri seçilib.

Mia.az xəbər verir ki, bununla bağlı qərar MSK-nın bugünkü iclasında müzakirəyə çıxarılıb.

Səsverməylə MSK üzvləri Rövzət Qasımovun sədr müavini, Arifə Muxtarova və Mikayıl Rəhimovun isə katib seçilməsi qərara alınıb.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası başlayıb.

Mia.az xəbər verir ki, iclasda MSK sədri vəzifəsinə Məzahir Pənahovun namizədliyi irəli sürülüb.

Qərar səsverməyə qoyularaq, MSK üzvləri tərəfindən qəbul edilib.

Qeyd edək ki, iclasda Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edir.

***

MSK-nın yeni üzvlərinin adları açıqlanıb.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin təyin edilməsi ilə bağlı məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, MSK-nın üzvlüyünə Sevinc Abdullayeva, Fuad Cavadov, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Elçin Xələfov, Ramiz İbrahimov, Rövzət Qasımov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Elmar Məmmədov, İlham Məmmədov, Arifə Muxtarova, Qabil Orucov, Hüseyn Paşayev, Məzahir Pənahov, Mikayıl Rəhimov və İlkin Şahbazovun təyin edilib.

Bununla yanaşı, Aysel Cəlilova, Züriyə Qarayeva və Elnarə Mustafayeva isə komissiyanın əvəzedici üzvləri kimi irəli sürülüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR