Oqtay Əsədov Azərbaycanı NATO Parlament Assambleyasında təmsil edəcək deputatlarla görüzüb

Oqtay Əsədov Azərbaycanı NATO Parlament Assambleyasında təmsil edəcək deputatlarla görüzüb

SİYASƏT

23.12.2010, 04:01

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanı NATO Parlament Assambleyasında təmsil edəcək deputatlarla işgüzar görüş keçirib. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Milli Məclis Sədrinin birinci müavini, NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov, üzvlər Siyavuş Novruzov, Tahir Süleymanov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev iştirak edib. Görüşdə Azərbaycanın mötəbər beynəlxalq qurumlarla, o cümlədən NATO PA ilə əlaqələrinin əhəmiyyətindən və Avratlantik strukturlarla əməkdaşlığın perspektivlərindən danışılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR