?Normativ hüquqi aktların antikorrupsion ekspertizası haqqında? qanun layihəsi hazırlanıb

img

23-12-2010 [12:54]


Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dövlət Dəstəyi Şurasının dəstəyi ilə ?Konstitusiya? Araşdırmalar Fondu tərəfindən həyata keçirilən ??Anti-korrupsion ekspertiza haqqında? qanun layihəsinin hazırlanması? layihəsi çərçivəsində ?Normativ hüquqi aktların antikorrupsion ekspertizası haqqında? qanun layihəsi hazırlanıb. Qanun layihəsinin hazırlanması zamanı qanunvericiliyin anti-korrupsion ekspertizası sahəsində beynəlxalq metod və mexanizmlərin öyrənilib və nəzərə alınıb. Bu qanun layihəsinin hazırlanmasında əsas məqsəd normativ hüquqi aktlarda və normativ hüquqi aktların layihələrində korrupsiya ilə əlaqədar hüquqpozmalara şərait yaradan müddaəların aşkara çıxarılması və aradan qaldırılması məqsədilə antakorrupsion ekspertizanın hüquqi və təşkilati əsaslarını müəyyən edilməsi və belə ekspertizanın keçirilməsi ilə əlaqədar yaranan münasibətləri nizama salınmasıdır . Qanun layihəsində korrupsiogen müddəaların təsnifatı verilib, normativ hüquqi aktın ayrı-ayrı maddə və müddəalarının geniş diskresion səlahiyyətlər və imkanlar verən, ağırlışdırıcı tələblər nəzərdə tutan mənafelər balansını pozan normalar hesab edilməsinin meyarları 1müəyyənləşdirilib. Normativ hüquqi aktda hüquqi boşluqlar, kolliziyalar və qanunvericilik texnikasının çatışmazlıqları hesab edilən hallar təsbit edilib. Qanun layihəsində ?Antikorrupsion ekspertizanın keçirilməsi qaydası?, normativ-hüquqi aktların antikorrupsion ekspertizasının prinsipləri, əsas şərtləri öz əksini tapıb. Həmçinin, Antikorrupsion Ekspertiza Mərkəzinin yaradılması da nəzərdə tutulub. Antikorrupsion Ekspertiza Mərkəzinin hüquq sahəsində fəaliyyət göstərən elmi idarələrin, təhsil müəssisələrinin, vəkillərin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən ibarət tərkibdə yaradılması məqsədəuyğun sayılıb. ?Konstitusiya? Araşdırmlar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, ?Dünya təcrübəsinə baxdıqda görə bilərik ki, korrupsiyaya qarşı mübarizə aparılması məqsədi ilə yeni alətlər işlənilib hazırlanır ki, bunlar arasında ən böyük səmərə və effektivliyə malik olan alət normativ-hüquqi aktların və qanun layihələrinin anti-korrupsion ekspertizasıdır. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə qəbul edilmiş ?Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Stategiya? və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə normativ hüquqi aktların və onların layihələrinin korrupsiyaya qarşı mübarizə nöqteyi nəzərindən müvafiq ekspertizasının həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin ?Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında? 22 İyun 2009-cu il Fermanının 9-cu bəndində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına bir ay müddətində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar normativ hüquqi aktların ekspertizasının aparılması qaydası haqqında müvafiq layihəni təqdim edilməsi tapşırılmışdır?. ?Normativ hüquqi aktların qəbulu mərhələsində korrupsiyaya yol aça biləcək halların aşkar edilməsi və aradan qaldırılması korrupsiyanın qarşısının alınmasına, həmçinin icraedici və yerli idarəetmə orqanlarında çalışanların fəaliyyətində korrupsiya hallarının yaranmaması və onların fəaliyyətinin təkmilləşməsi və nəticə etibarı ilə isə vətəndaşların hüquq və azadlıqlarının pozulmasının qarşının alınmasına şərait yaradır. Beynəlxalq təcrübəyə nəzər saldıqda qanunvericiliyin anti-korrupsion ekspertizasının qanun ilə nizamlandığını görə bilərik. Bunu nəzərə alaraq ?Konstitusiya? Araşdırmaları Fondu ??Normativ hüquqi aktların antikorrupsion ekspertizası haqqında? qanun layihəsini hazırlayıb?, - deyə Ə.Nuriyev vurğulayıb. Ə.Nuriyev qeyd edib ki, yaxin zamanda bütün maraqlı tərəflərin iştirakı ilə bu qanun layihəsinin ictimai müzakirəsi təşkil ediləcək. Eyni zamanda bu qanun layihəsi müvafiq dövlət orqanlarına və Milli Məclisə təqdim ediləcək. Millət vəkilləri ilə bu qanun layihəsinin qəbulunun parlamentdə gündəliyə gətirilməsi ilə bağlı ilkin danışıqlar da aparılıb. Ə.Nuriyev ümid etdiyini bildirib ki, müvafiq dövlət orqanalrı və Milli Məclis ?Konstitusiya? Araşdırmaları Fondunun bu təşəbbüsünü dəstəkləyərək, müsbət nəticənin əldə olunması üçün konkret addımlar atacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA